Gəncədə polis maşını MAĞAZAYA çırpıldı: Sürücü öldü - FOTO

Oxunma sayı: 240
24-11-2021, 09:17

Gəncədə polis maşını MAĞAZAYA çırpıldı: Sürücü öldü - FOTO
Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Arasdırma.info APA-ya istinadla məlumatına görə hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

"Fiat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini şəhər ərazisindəki mağazalardan birinə çırpıb. Qəza zamanı bir nəfər xəsarət alıb, bir nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Yaralan şəxs Emin Əliyev, həlak olan isə Renat Əliyevdir.

Qeyd edək ki avtomobil Mühafizə polisinə məxsusdur, hadisə xidmət vaxtı baş verib. Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Xəbər lentİ