Bakıda 18 yaşlı qız intihar etdi

Oxunma sayı: 234
27-11-2021, 20:49

Bakıda 18 yaşlı qız intihar etdi
Bakıda 18 yaşlı qız intihar edib.

Arasdırma.info APA-ya istinadən bildirir ki, hadisə bu gün Yasamal rayonunda "Qələbə residence" binalarında qeydə alınıb.

Orada yaşayan 2003-cü il təvəllüdlü Fidan Nəftəliyeva özünü binadan ataraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, F. Nəftəliyevanın intihar etməsi faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş
Xəbər lentİ