23 yaşlı qızı doğrayıb binanın blokuna atdılar - Qəbələdə ŞOK

Oxunma sayı: 150
6-03-2022, 15:30

23 yaşlı qızı doğrayıb binanın blokuna atdılar - Qəbələdə ŞOK
Qəbələ rayonunda 23 yaşlı qız qətlə yetirilib.

Çoxsaylı bıçaq xəsarətləri ilə amansızlıqla qətlə yetirilən 1999-cu il təvəllüdlü Aytac Əliyevanın ailəli olduğu məlum olub.

Naməlum şəxs 23 yaşlı qadının bədənini doğrayaraq bir neçə yerə bölüb, cəsədi selofan torbalara yığaraq Qəbələ şəhərinin Muxtar Abdıyev küçəsindəki yaşayış binasının giriş blokuna qoyub.

Ağsu rayon sakini olan Aytac Əliyevanın həyat yoldaşının hərbiçi olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş
Xəbər lentİ