May ayının 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarov tərəfindən onu təhqir olunaraq döydüyünü bildirib və kömək istəyib.
Arasdırma.info xəbər verir ki, bu barədə DİN regional mətbuat xidməti APA-nın yerli bürosun məlumat verib.
Müraciət ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gedib.
Həmin qadın ilə A. Cabbarovun mübahisəsinin davam etdirklərini gördükdə vətəndaş A. Cabbarov ilə profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışmışıb.
Lakin A. Cabbarov öz aqressiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayaraq evin qapısındakı pəncərənin şüşəsini sındıraraq həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib.
Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. Arzu Cabbarov dərhal əməliyyat edilsədə əməliyyatdan az sonra vəfat edib.
Hazırda fakt Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun diqqətindərir, araşdırmalar davam etdirilir.//lent.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70