Başqa ölkədən gəlib Bakıda əcnəbiləri soydu

Oxunma sayı: 503
2-09-2019, 17:40

Başqa ölkədən gəlib Bakıda əcnəbiləri soydu
Bakıda xarici vətəndaşların pasport və pulları oğurlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 30-da əcnəbi vətəndaşın çantasından 580 ABŞ dolları, dörd ədəd pasport və üç ədəd doğum haqqında şəhadətnamə oğurlamaqda şübhəli bilinən digər əcnəbi vətəndaş D.Norredine saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ