Azərbaycanda 23 yaşlı gənci sel apardı - FOTO

Oxunma sayı: 109
30-06-2023, 08:06

Azərbaycanda 23 yaşlı gənci sel apardı - FOTO
Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb.

Arasdırma.info "metbuat.az”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Azərbaycanda 23 yaşlı gənci sel apardı - FOTO

Paylaş
Xəbər lentİ