Suiti dənizdə çimənlərə çətin anlar yaşatdı VİDEO

Oxunma sayı: 69
3-09-2023, 05:29

Suiti dənizdə çimənlərə çətin anlar yaşatdı VİDEO
Xəzər dənizində sahilə yaxın ərazidə görünən suiti burada çimənlərə çətin anlar yaşadıb.

Arasdırma.info xəbər verir ki,Xezerxeber.az-ın məlumatına görə, suiti yaxınlıqda çimən 2 nəfəri təşvişə salıb.

Hadisənin Buzovna çimərliyində baş verdiyi bildirilir.

Xatırladaq ki, bu, dənizdə yaşanan ilk hal deyil. Daha əvvəl də bənzər mənzərə ilə qarşılaşanlar olub.

Ekoloq Sadiq Həsənov deyir ki, dənizdə suiti görmək təbii haldır.

Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Süleyman Süleymanov deyib ki, suitilər əsasən adalarda məskunlaşırlar və əksər hallarda sahilə yaxınlaşmırlar. Lakin onların sahildə görünməsi insanlarda təşviş yaratmamalıdır.

Süleyman Süleymanov bildirib ki, suitilərdə quduzluq xəstəliyi müşahidə edilmir. Onların dəniz canlıları ilə qidalandıqlarını nəzərə alsaq, sahilə yaxınlaşanda qorxmağa ehtiyac yoxdur.

Paylaş
Xəbər lentİ