Bakıda tanınmış aparıcı və qardaşı bıçaqlandı

Oxunma sayı: 480
11-11-2019, 22:50

Bakıda tanınmış aparıcı və qardaşı bıçaqlandı
Aparıcı, 1989-cu il təvəllüdlü Xose Bernardo və qardaşı, 1988-ci il təvəllüdlü Rafael Hüseynov Bakının Pirallahı rayonu, Əzizbəyov küçəsində bıçaqlanıb.

Arasdırma.info xəbər verir ki, R.Hüseynova döş qəfəsindən, Xose Bernardoya qolundan bıçaq zərbəsi yetirilib.

Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Pirallahı rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59-da gəlib.

"Pirallahı rayonu, Xanlar-29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarının çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər”, - məlumatda bildirilir.

APA-nın məlumatına görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayətişi başlanıb.Axar.az

Paylaş
Xəbər lentİ