Azərbaycanlı 35 yaşlı qazaxıstanlının ölümünə səbəb oldu - MƏHKƏMƏ

Oxunma sayı: 397
26-11-2019, 19:11

Azərbaycanlı 35 yaşlı qazaxıstanlının ölümünə səbəb oldu - MƏHKƏMƏ
Azərbaycan vətəndaşı Rusiyanın Həştərxan vilayətində törətdiyi qəzaya görə hakim qarşısına çıxacaq.

Arasdırma.infonun xəbərinə görə, “Tambov-Volqoqrad-Həştərxan” magistralının 1301-ci kilometrliyində “Dodge Nitro” və “Toyota Ipsum” markalı avtomobillərin toqquşması nəticəsində 35 yaşlı Qazaxıstan vətəndaşı həyatını itirib.


Qəzanı törətməkdə şübhəli bilinən 24 yaşlı azərbaycanlı və onun avtomobilində olan 45 yaşlı sərnişin yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İstintaq şöbəsinin müstəntiqi Maksim Əliyev bildirib ki, azərbaycanlının günahını sübut edən bütün faktlar toplanaraq məhkəməyə göndərilib.

Paylaş
Xəbər lentİ