“Sədərək” yenə yandı - FOTO + YENİLƏNİB

Oxunma sayı: 462
18-02-2020, 17:19

“Sədərək” yenə yandı - FOTO + YENİLƏNİB
Bu gün səhər saatlarında Sədərək Ticarət Mərkəzində yanğın baş verib.

Cahantv.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən AzNews.az-a verilən məlumata görə, hadisə ticarət mərkəzinin 3-cü sıra, 7-ci korpusunda baş verib.

Hadisə nəticəsində ümumi sahəsi 163 kv.m olan 5 mağazanın yanar konstruksiyaları, lambirdən ibarət tavanı və içərisində olan mallar 12 kv.m sahədə yanıb. Hadisə yerinə 5 yanğınsöndürən cəlb olunub.

REKLAM

docs.google.com

Daha ətraflı

Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 07:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

10:40

Bu gün səhər saatlarında “Sədərək” Ticarət Mərkəzində yenidən yanğın baş verib.

Cahantv.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya hadisənin şahidləri məlumat verib.

Xəbərə görə, mərkəzin işıqlarını qoşan kimi yanğın başlayıb. Hadisə ticarət mərkəzinin 3-cü sıra, 7-ci korpusunda baş verib.

Hadisə yerinə dərhal yanğınsöndürənlər çağırılıb və yanğının genişlənməsinin qarşısı alınıb. Nəticədə 7-8 dükanın yandığı bildirilir.
“Sədərək” yenə yandı - FOTO + YENİLƏNİB
“Sədərək” yenə yandı - FOTO + YENİLƏNİB

Paylaş
Xəbər lentİ