Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var -YENİLƏNİB

Oxunma sayı: 691
12-11-2017, 17:21

http://cdn.musavat.com/news/thumbnails/bd6d4ede33d594fe35040daf048d607c.jpgBeyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var.

Düzbucaqtv-nin Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Binnətli kəndində baş verib.

Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlu idarə etdiyi “QAZ” markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunaraq yanğını söndürüb. Qəza nəticəsində avtomobilin sərnişini Ağstafa rayon sakini 1962 ci il təvəllüdlü Salahov Bəhruz Kakoy oğlu hadisə yerində ölüb. Sürücü N.Əhmədov və sərnişinlər - Ağstafa rayon sakinləri 1958 təvəllüd Hacıyeva Südabə Kakoy qızı, və 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan Duzbucaqtv-ya verilən məlumata görə, G. Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb.



Bu gün Beyləqan rayonu ərazisində "QAZ" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində yanğın baş verib.

Duzbucaqtv-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Qəza zamanı avtomobilin sürücüsü və 3 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Paylaş
Xəbər lentİ