Aviasiya Təhlükəsizlik Baş İdarəsində Buraxılış Nəzarət Xidmətinin əməkdaşı Lalə Məmmədova faciəvi şəkildə dünyasını dəyişib.
Arasdırma.info Unikal.org-a istinadən xəbər verir ki, 39 yaşlı L.Məmmədova ötən gün paytaxtın Xətai rayonu, Xocalı prospekti, N.Rəfili küçəsindəki mənzilində dəm qazının sızması nəticəsində dünyasını dəyişib.
Bakı Hava limanının işçisi olan L.Məmmədova nişanlı olub. Yaxın zamanlarda toyu olacaqdı.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70