Şağanda avtomobil 64 yaşlı piyadanı vurdu

Oxunma sayı: 673
2-01-2019, 11:25

Şağanda avtomobil 64 yaşlı piyadanı vurdu
Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ötən gecə saat 23:30 radələrində Şağan qəsəbəsində avtomobil yaşlı kişini vurub. Hadisə nəticəsində xəsarət alan piyada 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildiriblər ki, xəsarət alan şəxs 1955-ci il təvəllüdlü Natiq Kamil oğlu Məmmədovdur.

Qeyd olunub ki, bədəninin müxtəlif nahiyələri əzilsə də, həyatı üçün heç bir təhlükə yoxdur və müayinədən sonra evə buraxılıb./Trend/

Paylaş
Xəbər lentİ