Sumqayıtda oğlan nişanlısını qətlə yetirdi, anasını yaraladı

Oxunma sayı: 737
4-09-2020, 21:07

Sumqayıtda oğlan nişanlısını qətlə yetirdi, anasını yaraladı
Arasdırma.info bildirir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində mənzillərdən birində mübahisə qanla nəticələnib.

Belə ki, şəhər sakini 2000-ci il təvəllüdlü Cabbarova Mehriban Aydın qızı və anası 1978-ci il təvəllüdlü Cabbarova Xatun Eybatulla qızı bıçaqlanıb. Məlumata görə, hadisəni 20 yaşlı qızın nişanlısı törədib. Yaralıların hər ikisini xəstəxanaya çatdırmaq mümkün olsa da, M.Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb. //APA

Paylaş
Xəbər lentİ