Rusiyada QANLI OLAY: "Lotu Quli"nin qardaşı "Pələng"lə üz-üzə

Oxunma sayı: 344
26-11-2020, 04:35

Rusiyada QANLI OLAY: "Lotu Quli"nin qardaşı "Pələng"lə üz-üzə
Rusiyanın Yekaterinburq şəhərində Türkiyədə öldürülən azərbaycanlı qanuni oğru “Quli” ləqəbli Nadir Səlifovun qardaşı tərəvəz anbarında davaya səbəb olub.

Arasdırma.info xəbər verir ki, bu barədə URA.ru məlumat yayıb.

Nəşrin məlumatına görə, Qulinin davamçısı – qardaşı Namiq Səlifov (Bakinski) dörd nömrəli tərəvəz bazasına yeni “nəzarətçi” təyin edib. Samir adlı şəxs Türkiyədən Rusiyaya gedib və yeni nəzarət bölgəsində yeni qaydalar qurub.

Nəticədə narazılıq artıb və tərəvəz anbarında “Pələng” (“Tiqr”) kimi tanınan şəxs bıçaqla bazanın iki mühafizəçisini yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başladılıb.//publika

Paylaş
Xəbər lentİ