Sumqayıtda oteldə qətl - Ər arvadını öldürdü

Oxunma sayı: 321
17-01-2021, 06:58

Sumqayıtda oteldə qətl - Ər arvadını öldürdü
Sumqayıtda ər arvadını boğaraq öldürüb.

Arasdırma.info xəbər verir ki, hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib. Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır//konkret.az
[media=https://dai.ly/x7yq0em]

Paylaş
Xəbər lentİ