Prezident Administrasiyasının yaxınlığında "Galendewagen" aşdı - ANBAAN VİDEO

Oxunma sayı: 299
13-02-2021, 19:46

Prezident Administrasiyasının yaxınlığında "Galendewagen" aşdı - ANBAAN VİDEO
Bakıda baş vermiş qəza hadisəsi kameraya düşüb.

Arasdırma.info pravda.az-a istinadən xəbər verir ki, hadisə günün axşam saatında, paytaxtın İstiqlaliyyət küçəsində baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Galendewagen” markalı avtomobilin sürücüsü Niyazi küçəsindən İstiqlaliyyət küçəsi istiqamətində dönən zaman idarəetməni itirib.

Ardınca qarşı yolda dayanan bir neçə avtomobilə çırpılaraq aşıb. Hadisə nəticəsində sürücü yüngül xəsarət alsa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, sərt döngədə yüksək sürətlə hərəkət etmək analoji qəzaların əsas səbəblərindəndir.

Paylaş
Xəbər lentİ