Bakı-Sumqayıt yolunda "Hyundai" BELƏ YANDI - VİDEO

Oxunma sayı: 354
15-02-2021, 13:38

Bakı-Sumqayıt yolunda "Hyundai" BELƏ YANDI - VİDEO
Bakı-Sumqayıt yolunda avtomobil yolda hərəkətdə olarkən yanıb.

Hadisə yolun Abşeron rayonunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində baş verib. Xırdalan qəbiristanlığının yaxınlığında hərəkətdə olan 99 KV 110 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobildə qəfil yanğın baş verib. Yanğın qısa müddətdə bütün avtomobili bürüyüb. Hadisə zamanı avtomobildə olan 5 nəfər maşını tərk edə bilsə də yanğının qarşısını ala bilməyiblər.

Nəticədə avtomobil tamamilə yanıb. (trend)

Paylaş
Xəbər lentİ