Ataya bıçaqla vurulan 40-dan çox zərbə: Dəhşətli qətlin TƏFƏRRÜATLARI-FOTO

Oxunma sayı: 321
15-02-2021, 19:09

Ataya bıçaqla vurulan 40-dan çox zərbə: Dəhşətli qətlin TƏFƏRRÜATLARI-FOTO
Xəbər verildiyi klmi, Bakının Sabunçu rayonunda oğul öz atasını bıçaqlayaraq qətlə yetirib.

Arasdırma.info xəbər verir ki,Lent.az-ın əməkdaşı oğulu ata qatilinə çevirən dəhşətli cinayətin təfərrüatlarını öyrənmək üçün hadisənin baş verdiyi Balaxanı qəsəbəsi, Şəfqət küçəsinə yollanıb. Faciənin yaşandığı Şükürovların evi Balaxanının abadlaşmış hissəsinə lap yaxında, buruqlar deyilən əraziyə çatmamış dalanda yerləşir. Ətrafdakı evlərə nisbətən daha xırda olan həmin evin qapısı ilə üzbəüz pəncərənin altında qətlə yetirilən Cavanşir Şükürovun qan izlərini gördük.



Əvvəlcə onu qeyd edək ki, əslən İsmayıllı rayonundan olan Şükürovlar ailəsi Balaxanıya ötən yayda köçüblər.

Ataya bıçaqla vurulan 40-dan çox zərbə: Dəhşətli qətlin TƏFƏRRÜATLARI-FOTO

Orada olduğumuz zaman öyrəndik ki, ata qatili olan 19 yaşlı Cahangir ruhi xəstə imiş. Hətta bununla bağlı rəsmi sənəd də var. Ətrafdakı məhəllə gənclərinin sözlərinə görə, Cahangir çox vaxt yaxınlıqdakı parkda olurmuş. Hadisə baş verərkən ata və oğul ikisi də içkili olub. Aralarında yaranan mübahisə zamanı Cahangir atasına 40-dan çox bıçaq zərbəsi vurub. Deyilənə görə, vurulan zərbələrdən 6-7-si mərhumun boğaz nahiyəsinə dəyib. Cinayəti törədən 19 yaşlı gənc dərhal yerli polis bölməsinə gedərək təslim olub.



Qeyd edək ki, hadisə fevralın 13-də saat 21 radələrində baş verib. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş
Xəbər lentİ