Damlanın oxuduğu toyda atəş açıldı, polis əməliyyat keçirdi – VİDEO

Oxunma sayı: 29
13-04-2021, 03:32

Damlanın oxuduğu toyda atəş açıldı, polis əməliyyat keçirdi – VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində müğənni Damlanın çıxış etdiyi toya polis basqını olub.

Arasdırma.info xəbər verir ki, buna Belevski prospektində yerləşən restoranda havaya atəş açılması səbəb olub.

İnsident aprelin 10-da baş verib. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları toya daxil olaraq qonaqları saxlayıb.

Saxlanılanlar arasında Damlanın prodüseri Şamil də olub. O, sosial şəbəkədə paylaşım edərək səhər saat 5-ə qədər dindirildiyini, daha sonra sərbəst buraxıldığını bildirib. Prodüser, həmçinin basqın zamanı lentə aldığı görüntüləri də instaqram səhifəsində yerləşdirib.qafqazinfo.az

Paylaş
Xəbər lentİ