Lənkəranda azyaşlı qıza təcavüz edən polis yenidən hakim qarşısına çıxarılır – MİRSAHİB KAZIMZADƏNİN SABAH MƏHKƏMƏSİ KEÇİRİLƏCƏK

Oxunma sayı: 318
26-05-2021, 23:17

Lənkəranda azyaşlı qıza təcavüz edən polis yenidən hakim qarşısına çıxarılır – MİRSAHİB KAZIMZADƏNİN SABAH MƏHKƏMƏSİ KEÇİRİLƏCƏK
Lənkəranda azyaşlı qıza təcavüz edən polis əməkdaşı Mirsahib Kazımzadənin növbəti məhkəmə prosesi keçiriləcək. Artıq üçüncü məhkəmə prosesinin vaxtı da məlum olub. Sabah – mayın 26-da Lənkəran rayon məhkəməsində keçiriləcək prosesin gedişatı “Hürriyyət”in nəzarətindədir. Hakim Toğrul Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmədə ədalətli qərarın çıxarılacağına ümid edirik.

Lənkəran Rayon Prokurorluğunun yaydığı açıqlamada bildirilib ki, 30.09.2020-ci il tarixdə Mirsahib Kazımzadə daxili işlər orqanı əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyində görə, daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında 27.01.2021-ci il tarixdə sabiq polis nəfəri Mirsahib Kazımzadə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



Qeyd olunub ki, 2006-cı il təvəllüdlü Bəsti Cahanovanın Lənkəran şəhər-rayon polis şöbəsinin ictimai təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Mirsahib Kazımzadənin 26 avqust 2020-ci il tarixdə, saat 23 radələrində “Palıdlı sahil” otelində ona qarşı seksual xarakterli digər hərəkətlərin edilməsi barədə müraciəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb və 7 dekabr 2020-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə ibtidai istintaqın qısa müddət ərzində tamamlanaraq, məhkəməyə göndərilməsi təmin edilib.

Xatırladaq ki, “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun Lənkəranda polisin azyaşlı qıza qarşı cinsi zorakılıq etməsi ilə bağlı Baş prokuror Kamran Əliyevə etdiyi müraciətindən sonra məsələyə operativ reaksiya verilib.

Lənkəranda azyaşlı qıza təcavüz edən polis yenidən hakim qarşısına çıxarılır – MİRSAHİB KAZIMZADƏNİN SABAH MƏHKƏMƏSİ KEÇİRİLƏCƏK

Paylaş
Xəbər lentİ