Rusiyada polisin başından güllələdiyi azərbaycanlının kimliyi bilindi .

Oxunma sayı: 269
30-05-2021, 06:45

Rusiyada polisin başından güllələdiyi azərbaycanlının kimliyi bilindi .
Rusiyanın Novosibirsk şəhərində polisin güllələdiyi azərbaycanlı Gürcüstanın Dmanisi rayonundan olan 19 yaşlı Vəkil Abdullayevdir.
Arasdırma.info xəbər verir ki, bu barədə “24news.ge” məlumat yayıb. Belə ki, polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Kadrlardan görünür ki, sürücü şəxsiyyətinin müəyyən olunması üçün hüquq mühafizəçinin xidməti avtomobilinə tərəf aparılır. Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil Abdullayev polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını burub avtomobilin üzərinə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açılıb. Məlumata görə, zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.//yeniavaz

Paylaş
Xəbər lentİ