Bilgəh çimərliyində faciəvi hadisə - ÖLƏN VAR

Oxunma sayı: 269
24-07-2021, 06:44

Bilgəh çimərliyində faciəvi hadisə - ÖLƏN VAR
Bakıda dənizdə bir nəfər batıb.

Arasdırma.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxsin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş
Xəbər lentİ