Polisi içkili halda döydüyü deyilən deputatın köməkçisindən təsdiq kimi Açıqlama

Oxunma sayı: 275
29-07-2021, 21:40

Polisi içkili halda döydüyü deyilən deputatın köməkçisindən təsdiq kimi Açıqlama
Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı Eldəniz Səlimovun dünən Nabranda sərxoş halda Xaçmaz Rayon Polis İdarəsinin əməkdaşı Zaur Mirzəyevi döyməsi ilə bağlı məlumatlar yayılıb. Hadisədən bir gün keçməsinə baxmayaraq, hələ də deputat məsələyə reaksiya bildirməyib.



Yayılan bu məlumatla bağlı Manset.az Eldəniz Səlimovun özünü tapa bilməsə də, deputatın Milli Məclisdəki köməkçisi Kamal Laçınovla əlaqə saxlayıb. O hadisə barədə bunları danışıb.



“Məlum məsələdi. Baş verən hadisə ilə bağlı deyirsiz. Deputatın özü ilə hələki əlaqə saxlamaq mümkün olmayıb. Telefonları bağlıdı. Eldəniz müəllimə əlaqə saxlaya bilsəm, bu barədə məlumat verəcəm.”

Paylaş
Xəbər lentİ