Bakıda 12 nəfəri zəhərləyən sahibkar tutuldu

Oxunma sayı: 562
5-07-2019, 01:56

Bakıda 12 nəfəri zəhərləyən sahibkar tutuldu
Bakıda dönər yedikdən sonra 12 nəfərin zəhərlənməsinə görə sahibkar tutulub.

Arasdırma.info Unikal.org-a istinadən xəbər verir ki, iyunun 25-də 12 nəfərin dönər yedikdən sonra zəhərləndiyi Xətai rayonu, Babək prospektində yerləşən “Qədir xum” adlı dönərxananın sahibi cinayət məsuliyyətinə cəlb edilib.

Sahibkar Məmmədov Ramis Arif oğlu Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.

İstintaq davam etdirilir.

Paylaş
Xəbər lentİ