"İnfiniti" və "Extra" gecə klublarına görə iki polis rəisi işdən çıxarıldı - YENİLƏNİB

Oxunma sayı: 240
4-08-2021, 06:54

"İnfiniti" və "Extra" gecə klublarına görə iki polis rəisi işdən çıxarıldı - YENİLƏNİB
Bakıda gecə klublarında karantin rejiminin pozulması faktı ilə bağlı iki polis rəisi işdən çıxarılıb.

Arasdırma.info xəbər verir ki,məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov rayon Polis İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Fərid Vəliyev tutduğu vəzifədən azad edilib.


Nazirin digər əmri ilə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi, polis polkovniki İltimas Yusifli də tutduğu vəzifədən kənarlaşdırılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən rəislər rayon ərazisində fəaliyyət göstərən “İnfiniti” və “Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejiminin pozulması hallarına göz yumduqları üçün işdən çıxarılıblar.

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a faktı təsdiqləyib.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə karantin qaydalarını pozan əyləncə mərkəzlərinin polisin himayəsində olması və ona görə də həmin obyektlərin fəaliyyətinə göz yumulması barədə məlumatlar yayılır.

Bu fakt bir daha onu göstərir ki, belə hallar baş verərsə Daxili İşlər Nazirliyinin rəhbərliyi vəzifə səlahiyyətlərini aşan polis əməkdaşlarına qarşı qətiyyət nümayiş etdirərək həmin şəxsləri hər zaman cəzalandırır.

Paylaş
Xəbər lentİ