Azərbaycanda məktəbli qız özünü asdı

Oxunma sayı: 254
3-09-2021, 20:49

Azərbaycanda məktəbli qız özünü asdı
Qəbələ rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Cahantv.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Hüseynova Hənifə Emin qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

H.Hüseynovanın meyiti ailəsi tərəfindən asılı vəziyyətdə tapılıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Paylaş
Xəbər lentİ