“Kənddə hamı məni lağa qoyurdu” — Arvadını öldürən şəxs

Oxunma sayı: 246
4-09-2021, 02:13

“Kənddə hamı məni lağa qoyurdu” — Arvadını öldürən şəxs
Xaçmazda ötən ilin avqustun 2-də arvadı Raisa Rəşidovanı xəyanət etdiyini iddia edərək onu döyüb öldürən Rəşad Rəşidova hökm oxunub.

Arasdırma.info Kriminalqafqaz.az-a istinadən xəbər verir ki, hadisə Köhnə-Xudat kəndində fərdi yaşayış evində baş verib.


İttihama görə, 2019-cu ildə Rəşadın sinif yoldaşı Rasim ona deyib ki, arvadı Raisanın başqa kişilərlə münasibəti var. Bundan sonra Rəşad arvadını izləməyə başlayıb.

Bir neçə gün sonra R.Rəşidov evdə arvadının başqa kişi ilə telefonda danışdığını görüb. Ondan kiminlə danışdığını soruşduqda, Raisa açıq şəkildə başqa kişi ilə danışdığını bildirib. Raisanın bu hərəkətlərindən qəzəblənən əri onu döyüb. Həyat yoldaşının polisə şikayətindən sonra Rəşad 20 gün inzibati qaydada həbs edilib. Həbsdən çıxdıqdan arvadının əvvəlki hərəkətlərinə davam etdiyini görüb.

İttihamda qeyd edilir ki, hətta bir gecə Raisa ümumiyyətlə evə gəlməyib. Daha sonra isə əri onu yaşadığı evin qarşısında yad kişinin idarə etdiyi avtomobildən düşərkən görüb.

Paylaş
Xəbər lentİ