Ağdaşda 13 və 15 yaşlı qızların öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR - VİDEO

Oxunma sayı: 320
8-09-2021, 19:15

Ağdaşda 13 və 15 yaşlı qızların öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR - VİDEO
Sentyabrın 6-da günorta saatlarında Ağdaşda 2 yeniyetmə qızın su kanalında boğularaq ölməsi hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

Arasdirma.info xəbər verir ki, qızların ailə üzvləri onların həmin gün səhər saatlarında məscidə getmək adı ilə evdən çıxdıqlarını bildiriblər. Onlar Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında 15 yaşlı Niftəliyeva Arifə Ceyhun qızı və 13 yaşlı Usubova Fatimə Ədalət qızının intihar məqsədilə özlərini suya ata biləcəklərinə inanmadıqlarını bildiriblər.

Qeyd edək ki, hadisədən bir neçə dəqiqə əvvəl qızlar kanala doğru hərəkət edərkən video çəkiblər.


Azərbaycanda 13 və 15 yaşlı qızların ölümünün ŞOK TƏFƏRRÜATI – GÖRÜNTÜLƏRİ YAYILDI/VİDEO
Onların video çəkmək məqsədilə və ya oynadıqları internet oyununun şərtlərinə uyğun olaraq kanalın sahilinə getmələri versiyaları da araşdırılır.

Baş Prokurorluqdan isə bildirilib ki, sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhərinin İstiqlal küçəsindən keçən Ləki kanalında 2 nəfərin meyitinin aşkar edilməsi barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı rayon prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.//publika

Paylaş
Xəbər lentİ