Əsgərimiz Xocavənddə minaya düşüb? - RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 256
21-09-2021, 21:17

Əsgərimiz Xocavənddə minaya düşüb? - RƏSMİ AÇIQLAMA
Sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

Bu barədə Unikal.org-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq.

***

13:53

Azərbaycan Ordusunun əsgəri minaya düşməsi ilə bağlı məlumatlar yayıb.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılan, əsgər Nəbiyev Samir Sahib oğlu Xocavənd ərazisində piyada əleyhinə minaya düşüb.

Paylaş
Xəbər lentİ