Emrelinin klubu tənqidlərə tuş gəldi: "Legiya" gülüş obyektidir"

Oxunma sayı: 267
2-11-2021, 19:55

Emrelinin klubu tənqidlərə tuş gəldi: "Legiya" gülüş obyektidir"
Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa mətbuatının ən çox tənqid olunan klubudur.

Arasdırma.info xəbər verir ki, bu gün yerli idman mətbuatında Varşava klubu ilə bağlı silsilə yazılar dərc olunub.

Bazar günü bu mövsüm səkkizinci liqa matçında məğlub olan və aşağı liqaya düşmək zonasında olan "Legiya"nın durumu ilə bağlı həmkarlarımızın yekun rəyi ondan ibarətdir ki, klubun problemi məşqçilər deyil, yanaşmadır.

Mətbuatdan bir neçə sərlövhəni təqdim edirik:
"Super Express" - "Legiya" gülüş obyektidir, hamı onu yenir"
"Rzeczpospolita" - "Titulun sahibi mat vəziyyətində"
"Przegląd Sportowy" - "Polşa çempionu zirzəmidə"
"Polska the Times" - "Legiya"nın futbolu köhnəlib"
"Fakt" - "Polşa çempionu bu gün hər kəsi sevindirir"

Qeyd edək ki, son çempion "Legiya" 13 turdan sonra autsayderlər mövqeyində - 16-cı pillədə qərarlaşıb və hesabında cəmi 9 xal var.//fanat.az

Paylaş
Xəbər lentİ