Azərbaycan millisi məğlub oldu

Oxunma sayı: 273
12-11-2021, 08:05

Azərbaycan millisi məğlub oldu
Azərbaycan millisi FİFA reytinqində xal itkisi ilə üzləşib.

Arasdırma.info xəbər verir ki,DÇ-2022-nin seçmə mərhələsində millimiz Lüksemburqa 1:3 hesabı ilə məğlub olub.
Bu oyunda da uduzan yığma komandamız ümumilikdə 10,4 xal itirib.

Canni de Byazinin yetirmələri son FİFA reytinqində 1146 xalla dünyanın 119-cusu idi. Lüksemburqla görüşdən sonra bu rəqəm 1136-ya qədər azalıb.

Qeyd edək ki, komandamız növbəti FİFA reytinqinə qədər daha bir oyun keçirəcək. Yığmamız noyabrın 14-də Qətərlə yoldaşlıq matçına çıxacaq.

Paylaş
Xəbər lentİ