Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi - VİDEO

Oxunma sayı: 233
23-11-2021, 04:12

Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi - VİDEO
Fransada klublararası güləş çempionatı start götürüb.

Arasdırma.info "Report"a istinadən xəbər verir ki, ilk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib.


87 kq çəki dərəcəsində mübarizə aparan idmançı 2 görüş keçirib. Əvvəlcə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanan Abbasov daha sonra erməni güləşçi Edqar Xaçaryanı məğlub edib - 6:3. Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.

Paylaş
Xəbər lentİ