Abramoviç “Çelsi”nin qiymətini müəyyənləşdirdi

Oxunma sayı: 167
3-03-2022, 08:58

Abramoviç “Çelsi”nin qiymətini müəyyənləşdirdi
Çelsi”nin sahibi Roman Abramoviç klubu satmaqda qərarlıdır.

Arasdırma.info xəbər verir ki,Apasport.az saytının məlumatına görə, rusiyalı iş adamı London təmsilçisinin qiymətini də müəyyənləşdirib.

Abramoviç “zadəganlar”ın satışından 4,8 milyard avroya satmağı planlaşdırır. Bunun təxminən 2 milyardı klubun ona olan borcudur. Biznesmen artıq bir neçə həmkarına “Çelsi”nin səhmlərini təklif edib.

Qeyd edək ki, Roman Abramoviç “Çelsi”ni 2003-cü ildə alıb.

Paylaş
Xəbər lentİ