ÇL:Çelsi qalib gəlsə də,mübarizəni dayandırdı.

Oxunma sayı: 178
13-04-2022, 02:16

ÇL:Çelsi qalib gəlsə də,mübarizəni dayandırdı.
Ötən gün Çempionlar liqasının növbəti oyunları keçirilib.
Arasdırma.info xəbər verir ki,İspaniyanın daha bir təmsilçisi UEFA Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb.

"Real Madrid" evdə turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubuna 2:3 hesabı ilə uduzsa da, ilk matçdakı qələbə (3:1) sayəsində adını növbəti mərhələyə yazdırıb.
Bayern 1 : 1 Villarreal
Real Madrid 2 : 3 Chelsea
Yoldaşlıq oyunları
Legiya 1:3 Dinamo Kiyev
***

UEFA Çempionlar Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.

İspaniyanın "Vilyarreal" klubu növbəti mərhələyə yüksəlib.

Evdəki ilk matçda Almaniya "Bavariya"sını 1:0 hesabı ilə məğlub edən La Liqa təmsilçisi cavab görüşündə 1:1 hesablı heç-heçəyə nail olub. Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub. Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdiriblər və bu nəticə "Vilyarreal"ı yarımfinala daşıyıb. İspaniya təmsilçisinin növbəti raunddakı rəqibi "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) cütünün qalibi olacaq.

Gecənin digər oyununda isə İngiltərənin "Çelsi" klubu İspaniyada "Real Madrid"lə qarşılaşır. Matçın əsas vaxtı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə də eyni hesab qeydə alındığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılır.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

12 aprel

"Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:3 (ƏLAVƏ VAXT. 2:3)

Qollar: Rodriqo, 80 Benezema, 96 - Meyson Maunt, 15. Antonio Rüdiger, 51. Timo Verner, 75

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun - 3:1

"Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 1:1

Qol: Robert Levandovski, 52 - Samuel Çukvueze, 88

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun - 0:1

Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. İngiltərə "Liverpul"u Portuqaliya "Benfika"sını, İspaniyanın "Atletiko" (Madrid) komandası isə İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək.



Paylaş
Xəbər lentİ