Ronaldo 275 milyon avroluq təkliflə bağlı qərarını verdi

Oxunma sayı: 160
16-07-2022, 03:05

Ronaldo 275 milyon avroluq təkliflə bağlı qərarını verdi
"Mançester Yunayted" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib.

Arasdırma..info xəbər verir ki, bugünlərdə ərəb klublarından biri iki illik müqavilə üçün 37 yaşlı forvarda 275 milyon avro təklif edib. Səudiyyə təmsilçisi Kriştianonun hazırkı komandası "Mançester Yunayted"ə isə transfer üçün 30 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Lakin futbolçu karyerasını Avropada davam etdirmək və Çempionlar Liqasında çıxış etmək istədiyi üçün bu təklifdən imtina edib.

Qeyd edək ki, "Mançeser Yunayted" gələn mövsüm Avropanın bir nömrəli klub turnirində olmayacağı üçün Ronaldo klubdan ayrılmaq istəyir. O, ötən ilin yayında "Yuventus"dan İngiltərə klubuna transfer olunmuşdu.//Offsideplus.az

Paylaş
Xəbər lentİ