Cüdoçumuz Xorvatiyada keçirilən Qran Pridə gümüş medal qazanıb

Oxunma sayı: 155
16-07-2022, 22:31

Cüdoçumuz Xorvatiyada keçirilən Qran Pridə gümüş medal qazanıb
Azərbaycan cüdoçusu Səid Mollayi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə final görüşünə çıxıb.

Arasdırma.info xəbər verir ki,"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində həlledici qarşılaşmada rəqib fransalı Alfa Umar Calo olub.

Rəqibinə uduzan Mollayi gümüş medalla kifayətlənib.

Qeyd edək ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan Qran Pridə 14 cüdoçu ilə təmsil olunur.

Paylaş
Xəbər lentİ