Braziliya 3 qol vurdu.

Oxunma sayı: 154
24-09-2022, 08:10

Braziliya 3 qol vurdu.
Futbol üzrə Braziliya millisi Qana ilə yoldaşlıq görüşü keçirib.

Arasdırma.info xəbər verir ki, oyun cənubi amerikalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Bütün qollar matçın ilk yarısında vurulub. 9-cu dəqiqədə Rafinyadan ötürmə alan PSJ-nin müdafiəçisi Markinyos hesabı açıb. 28-ci dəqiqədə Neymar "Tottenhem"in forvardı Rişarlisona assistentlik edib. "Sambaçılar"ın superulduzu 40-cı dəqiqədə Rişarlisona daha bir məhsuldar ötürmə verib.

Braziliya növbəti sınaq oyununu sentyabrın 27-də keçirəcək. Titenin yetirmələri Parisdə Tunis millisi ilə üz-üzə gələcəklər.//fanat.az

Paylaş
Xəbər lentİ