“Qalatasaray” növbəti qələbəsini qazandı

Oxunma sayı: 113
2-04-2023, 08:59

“Qalatasaray” növbəti qələbəsini qazandı
Türkiyə Super Liqasında XXVII turun oyunları keçirilir.


Lider “Qalatasaray” “Adana Demirspor”u qəbul edib. Görüş “sarı-qırmızılar”ın qələbəsi ilə başa çatıb - 2:0.


İstanbul təmsilçisinə üç xal qazandıran qolları 86-cı dəqiqədə Fredrik Midtşö və 90+8-ci dəqiqədə penaltidən Nikolo Zaniolo vurublar. Qələbə sayəsində xallarını 64-ə çatdıran “Qalatasaray” vahid liderdir. Komanda ən yaxın izləyicisi “Fənərbağça”nı 9 xal üstələyir. “Adana Demirspor” 49 xalla 4-cüdür.//Cahantv.az

Paylaş
Xəbər lentİ