Sərgən Yalçın Bakıya yola düşdü - Şəkil

Oxunma sayı: 102
20-06-2023, 23:53

Sərgən Yalçın Bakıya yola düşdü - Şəkil
"Neftçi" ilə danışıq aparan türkiyəli mütəxəssis Sərgən Yalçın Bakıya yola düşüb.

Arasdırma.info xəbər verir ki, bu barədə türkiyəli jurnalist Levent Ümit Erol öz Tvitter səhifəsində məlumat yayıb. O, Sərgən Yalçının təyyarədə olan şəklini paylaşıb və "Neftçi"nin rəhbəri ilə danışıq üçün məşqçinin Bakıya yola düşdüyünü yazıb.

Danışıqların "Neftçi"nin Müşahidə Şurasının rəhbəri, SOCAR prezidenti Rövşən Nəcəflə keçiriləcəyi istisna deyil. Çünki klubun hazırkı prezidenti Kamran Quliyev bir ildir ki, faktiki olaraq, transfer işlərindən kənardadır.

Qeyd edək ki, Sərgən Yalçın son olaraq "Beşiktaş"ı çalışdırıb. O, 2021-ci ilin dekabr ayından işsizdir.//qol.az

Sərgən Yalçın Bakıya yola düşdü - Şəkil

Paylaş
Xəbər lentİ