AVRO-2024: İngiltərə finalda İspaniyaya qarşı

Oxunma sayı: 50
11-07-2024, 02:06

AVRO-2024: İngiltərə finalda İspaniyaya qarşı
Almaniyada keçirilən AVRO-2024 davam edir.

Arasdırma.info İdman.biz-ə istinadən xəbər verir ki, yarımfinal mərhələsinin ikinci matçı Dortmundda baş tutub.

Finala vəsiqə üçün Niderland və İngiltərə üz-üzə gəlib. "Narıncılar" erkən qol vursalar da, britaniyalılar oyunda dönüş yarada biliblər. Qaret Sautqeytin komandası qələbə topunun oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə vurulub. Meydana sonradan daxil olan Ollie Uotkins dəqiq zərbə ilə komandasını finala yüksəldib. İngiltərə ardıcıl ikinci dəfə Avropa çempionatının həlledici matçında oynayacaq və qızıl medallar uğrunda matçda İspaniya ilə qarşılaşacaq.
Niderland – İngiltərə - 1:2
Qollar: Xavi Simons, 7 - Harri Keyn, 18 (pen.). Ollie Uotkins, 90+1.

Qeyd edək ki, çempionatın həlledici matçı iyulun 14-də keçiriləcək.



Paylaş
Xəbər lentİ