“Zirə” PFK yeni futbolçu ilə müqavilə bağlayıb.
Arasdırma.info xəbər verir ki, Bakı komandası Emil Balayevlə anlaşıb.
25 yaşlı qapıçı ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü olan Balayev daha əvvəl “Neftçi”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Ayntraxt” (Almaniya, Frankfurt), “Səbail” və “Tobol” (Qazaxıstan) klublarının da şərəfini qoruyub. O, ötən ay Norveçin “Budö/Qlimt” klubunun düşərgəsində yer alsa da, maliyyə məsələlərində anlaşa bilməyərək, ölkəmizə qayıtmışdı.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70