Azərbaycan Şahmat Olimpiadasında mübarizəni dayandırdı

Oxunma sayı: 758
28-08-2020, 20:23

Azərbaycan Şahmat Olimpiadasında mübarizəni dayandırdı
Bu gün Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda 1/4 final mərhələsinin oyunları keçirilib.

Open.az-ın məlumatına görə, onlayn yarışda B qrupunu 14 xalla birinci pillədə başa vuran Azərbaycan millisi bu raundda Polşa ilə üz-üzə gəlib.

Yığma ilk dueldə rəqibinə 2:4 hesabı ilə uduzsa da, ikinci qarşılaşmada hesabı bərabərləşdirə bilib.

"Armageddon"da Günay Məmmədzadə ilə Monika Soçko qarşılaşıb və rəqibinə uduzub. Bununla da Azərbaycan Şahmat Olimpiadasında mübarizəni dayandırıb.

Azərbaycan - Polşa 2:4

Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda 0:1

Rauf Məmmədov - Radoslav Voytaşek 0:1

Günay Məmmədzadə - Monika Soçko 0,5:0,5

Gülnar Məmmədova - Karina Sifka 0:1

Vüqar Əsədli - Şimon Qumularz 0,5:0,5

Xanım Balacayeva - Alisa Sviliçka 1:0

Azərbaycan - Polşa 4,5:1,5

Xanım Balacayeva - Alisa Sviliçka 0:1

Teymur Rəcəbov - Yan-Kşiştof Duda 0,5:0,5

Ülviyyə Fətəliyeva - Karina Sifka 1:0

Vüqar Əsədli - Şimon Qumularz 1:0

Rauf Məmmədov - Radoslav Voytaşek 1:0

Günay Məmmədzadə - Monika Soçko 1:0

1/4 final mərhələsinin digər görüşlərində Hindistan Ermənistanı, Rusiya Macarıstanı, ABŞ isə Ukraynanı məğlub edib.

Polşa yarımfinalda Hindistanla, Rusiya isə ABŞ-la qarşılaşacaq.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında yarımfinal görüşləri avqustun 29-da, final isə avqustun 30-da gerçəkləşəcək.

Xatırladaq ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edir.

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Paylaş
Xəbər lentİ