UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha iki oyunu keçirilib.
Arasdırma.info xəbər verir ki, H qrupunda Almaniya “Leyptsiq”i Türkiyədə “Başakşehir”lə qarşılaşıb.
Rəqibinə 3:4 hesabı ilə uduzan İstanbul təmsilçisi 1/8 finala çıxmaq şansını itirib.
E qrupunda isə Rusiya “Krasnodar”ı evdə Fransanın “Renn” klubuna 1:0 hesabı ilə qalib gəlib.
E qrupu
“Krasnodar” (Rusiya) – “Renn” (Fransa) 1:0 (M.Berq, 71.)
H qrupu
“Başakşehir” (Türkiyə) – “Leyptsiq” (Almaniya) 3:4
(İ.Kahveci, 45+3, 72. 85. - Y.Polsen, 26. N.Mukile, 43. D.Olmo, 66. A.Sorlot, 90+2.)//moder.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70