Kamran Ağayevə qırmızı kart, "Sumqayıt" "Səbail"i məğlub etdi.VİDEO

Oxunma sayı: 382
13-02-2021, 19:28

Kamran Ağayevə qırmızı kart, "Sumqayıt" "Səbail"i məğlub etdi.VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü dövrəyə start verilib.

Arasdırma.infonun məlumatına görə, XV turun açılış matçında "Sumqayıt" və "Səbail" komandaları üz-üzə gəlib.

"Kapital Bank Arena"da keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

İlk topu 26-cı dəqiqədə Murad Xaçayev vurub. Bundan 7 dəqiqə sonra Tellur Mütəllimov baxımlı qola imza atıb.

55-ci dəqiqədə Peyman Keşavarzi qırmızı vərəqə alaraq qonaq komandanı azlıqda qoyub. Oyunda son nöqtəni isə 83-cü dəqiqədə penaltidən Əli Qurbani qoyub.

"Səbail" oyunu 9 nəfərlə başa vurub. 90+5-ci dəqiqədə Kamran Ağayev kobud oyuna görə qırmızı vərəqə alıb. Bu vaxt qonaqlar hər 3 oyunçu dəyişikliyindən istifadə etdiyi üçün üçün qapıya müdafiəçi Adil Nağıyev keçib.

Bu qələbə sayəsində "Sumqayıt" xalını 22-yə çatdırsa da, 4-cü pillədə qalıb. "Səbail" isə 13 xalla 6-cıdır.

Qeyd edək ki, bu günün digər matçında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 18:00-da başlanacaq. Fevralın 14-də isə "Qəbələ" "Keşlə"ni, "Zirə" "Sabah"ı qəbul edəcək.//report

Paylaş
Xəbər lentİ