"Arsenal"ın oyununda 6 qol, "Yunayted" autsayderlə bacarmadı.VİDEO

Oxunma sayı: 349
15-02-2021, 19:28

"Arsenal"ın oyununda 6 qol, "Yunayted" autsayderlə bacarmadı.VİDEO
İngiltərə Premyer Liqasında 24-cü tur davam edir.

Arasdırma.info xəbər verir ki, bu gün daha 4 oyun keçirilib. Autsayder “Vest Bromviç”in qonağı olan “Mançester Yunayted” xal itkisi ilə üzləşib.

Bol qollu “Arsenal” - “Lids” görüşündə “topçular” qələbə qazanıb. Meydan sahiblərinin hücumçusu Pyerr-Emerik Obameyanq bu görüşdə het-trik edib.




14 fevral

İngiltərə Premyer Liqası, 24-cü tur

“Sauthempton” – “Vulverhempton” – 1:2
Qollar: İnqs, 25 – Neves, 53-pen. Neto, 66

“Vest Bromviç” – “Mançester Yunayted” – 1:1
Qollar: Dian, 2 – Bruno Fernandes, 44

“Arsenal” – “Lids” – 4:2
Qollar: Obameyanq, 13, 41-pen. 47, Belyerin, 45 – Struiyk, 58, Kosta, 69

“Everton” – “Fulhem” – 0:2
Qollar: Maya, 48, 65

Qeyd edək ki, turnir cədvəlinə 53 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" və "Lester" 46 xalla 2-ci, 3-cü pillələri bölüşürlər. "Liverpul" 40 xalla 4-cü, "Çelsi" 39 xalla 5-cidir.//qol.az


Paylaş
Xəbər lentİ