Milimiz 2 xalla 2 pillə geri düşdü-reytinqdə.

Oxunma sayı: 303
11-06-2021, 22:51

Milimiz 2 xalla 2 pillə geri  düşdü-reytinqdə.
Azərbaycan milli komandasının keçirdiyi yoldaşlıq oyunlarının FİFA reytinqinə təsiri bəlli olub.

Arasdırma.info xəbər verir ki, yığmamız avqustda açıqlanacaq cədvəl üçün hesabat dövründə 3 sınaq matçına çıxıb.

İtaliyalı baş məşqçi Canni de Byazinin yetirmələri hər üç qarşılaşmanı səfərdə keçirib. Türkiyəyə 1:2, Moldovaya 0:1 hesabı ilə uduzan millimiz Belarusu 2:1 hesabı ilə üstələyib.

Bu üç görüş yığmamızın əmsalına mənfi təsir edəcək. Komandamız 2 məğlubiyyətin alındığı dövr üçün 2 xal itirəcək. Belə ki, ötən reytinq siyahısında 1168 xala malik yığmanın aktivində 1166 xal qalacaq.

Yeni cədvəldə böyük dəyişikliklərin baş verəcəyi gözlənilir. Buna AVRO-2020 və Amerika kubokunun, həmçinin müxtəlif qitələrdəki seçmə görüşləri təsir edəcək. Artıq arxada qalan yoxlama görüşlərinin də rolu olacaq.

Buna görə də indidən ölkələrin mövqelərini müəyyənləşdirmək çətindir. Amma aşağı sıralarda olan komandaların çoxunun böyük turnirlərdən kənarda qalması millimizlə bağlı proqnoz verməyə imkan yaradır. Ehtimallara əsasən, de Byazinin komandası itirdiyi 2 xalla 2 pillə geriləyəcək. 112-ci sıraya yuvarlanacaq komandanı Estoniya və Namibiyanın keçəcəyi gözlənilir.//apasport

Paylaş
Xəbər lentİ