Azərbaycan Kubokunda səfər qolu ləğv edilir? - PFL-dən açıqlama

Oxunma sayı: 294
26-06-2021, 01:35

Azərbaycan Kubokunda səfər qolu ləğv edilir? - PFL-dən açıqlama
Futbol üzrə Azərbaycan Kubokunda səfər qolunun ləğvi məsələsi müzakirə edilir.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Onun sözlərinə görə, hələ ki, bu yöndə konkret bir şey yoxdur: "Futbolla bağlı bütün məsələləri müzakirə edirik. Amma yekunda necə olacaq, o barədə məlumatım yoxdur".

Qeyd edək ki, UEFA avrokuboklarda səfər qolu qaydasını ləğv edib. Azərbaycan Kubokunun 1/8 final mərhələsi bir oyundan ibarət olduğundan, bu qayda 1/4 və 1/2 final matçlarında tətbiq edilir.

Paylaş
Xəbər lentİ