Çin liderlik edir, ABŞ ikinci yerdədir - Tokio-2020

Oxunma sayı: 289
1-08-2021, 19:51

Çin liderlik edir, ABŞ ikinci yerdədir - Tokio-2020
Avqustun 1-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının onuncu günündə 76 ölkənin idmançısı medal qazanıb.

Arasdırma.info xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 24 qızıl, 14 gümüş və 13 bürünc medal qazanıblar. İkinci pillədə 20 qızıl, 23 gümüş və 16 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 17 qızıl, 5 gümüş və 9 bürünc medalla Yaponiya atletləri qərarlaşıblar.

Avstraliya 14 qızıl, 3 gümüş, 14 bürünc medalla dördüncü, Rusiya Olimpiya Komitəsi isə 12 qızıl, 19 gümüş və 13 bürünc medalla beşincidir. Digər pillələrdə Böyük Britaniya (10-10-12), Fransa (5-10-6), Koreya Respublikası (5-4-8), İtaliya (4-8-15) və Niderland (4-7-6) qərarlaşıblar.

Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də iki bürünc medal qazanıb. Qadın cüdoçumuz İrina Kindzerska 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizin aktivinə bürünc medal yazdırıb. Boksçumuz Alfonso Dominges (81 kq) isə yarımfinalda kubalı idmançı Arlen Lopezə məğlub olaraq ikinci bürünc medalı komandamıza qazandırıb.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.

Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.//unikal

Paylaş
Xəbər lentİ