Almaniya və İngiltərə qələbə qazandı, Belçikadan darmadağın, İspaniya məğlub oldu

Oxunma sayı: 272
3-09-2021, 01:38

Almaniya və İngiltərə qələbə qazandı, Belçikadan darmadağın, İspaniya məğlub oldu
Futbol üzrə DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində IV turun növbəti oyunları keçirilib.

İkinci oyun günündə 5 qrupda 11 qarşılaşma baş tutub.

B qrupunda Gürcüstan öz meydanında məğlubiyyətə uğrayıb. İsveç isə doğma divarlar arasında İspaniyadan üstün olub – 2:1.

C qrupunda isə son Avropa çempionu İtaliya isə ev oyununda Bolqarıstanla bacara bilməyib. Matçda minimal bərabərlik qeydə alınıb. Qrupun digər oyununda Litva öz azarkeşləri önündə Şimali İrlandiyaya 2 top fərqlə uduzub.

F qrupunda Belçika Estoniyaya 5, İ qrupunda isə İngiltərə macarlara 4 qol vurmaqla favorit statusunu təsdiq edib.

DÇ-2022-nin seçmə mərhələsi

IV tur

2 sentyabr

B qrupu

Gürcüstan – Kosovo – 0:1

İsveç - İspaniya - 2:1



C qrupu

İtaliya - Bolqarıstan - 1:1

Litva – Şimali İrlandiya - 1:4



E qrupu

Çexiya - Belarus - 1:0

Estoniya - Belçika - 2:5



İ qrupu

San Marino - Andorra - 2:0

Macarıstan – İngiltərə - 0:4

Polşa - Albaniya - 4:1



J qrupu

İslandiya - Rumıniya - 0:2

Lixtenşteyn - Almaniya - 0:2

Şimali Makedoniya – Ermənistan - 0:0

Paylaş
Xəbər lentİ